
"Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirəm".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Murat Boz öz sosial şəbəkə hesabında Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq bildirib.
Qeyd edək ki, bir neçə gün qabaq Mahsun Kırmızıgül də Tovuzda baş verən erməni təxribatı nəticəsində şəhid olan generalımız Polad Həşimovun fotosunu paylaşaraq Ermənistanın hücumunu pisləmişdi.
