Putin göstəriş verdi - Rusiya ordusu təlimlərə başlayır


Rusiyanın Müdafiə Nazirliyi prezident Vladimir Putinin göstərişi ilə orduda təlimlərə hazırlıq üçün yoxlanışların başlayacağını açıqlayıb.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, yoxlanış qərarı, ordunun təhlükəsizliyi təmin etmək və "Qafqaz 2020" təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək üçün verilib. Yoxlanışda Rusiya ordusunun Cənub və Qərb Hərbi Dairələri iştirak edəcək. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu yoxlanışda 149 mindən çox hərbçinin, 26 mindən çox silah və hərbi texnikanın iştirak edəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top