Daha bir ölkədə "bubonik vəba" ortaya çıxdı


Gəmiricilər vasitəsilə yayılan “bubonik vəba” xəstəliyi daha bir ölkədə görüldü.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, ABŞ-ın Kolorado ştatında bir sincab üzərində aparılan araşdırmalar nəticəsində “bubonik vəba” aşkarlanıb. Mütəxəssislər bildirib ki, bu istiqamətdə hər hansı tədbirlər görülməsə xəstəlik kütləvi şəkildə yayılacaq.
Xatırladaq ki, “bubonik vəba” bir neçə gün əvvəl Çinin Monqolustan Muxtar Rayonunun Bayannur şəhərində bir şəxsdə aşkarlanmışdı. Hökumət rəsmiləri əhaliyə xəbərdarlıq edərək xəstəliyin təhlükəsi barədə məlumatlar vermişdilər. Bubonik vəba xəstəliyin daşıma ehtimalı olan bütün heyvanların ovlanması qadağan edilib.
Ümumdünya Səhiyyə Təşkilatı isə bu barədə açıqlama verərək bildirmişdi ki, “bubonik vəba” xəstəliyi çox yayılmayıb və hələlik təhlükəli həddə çatmayıb.

DİGƏR XƏBƏRLƏR

Top