ABŞ-dan F-35 qırıcıları ilə bağlı Türkiyəyə qarşı daha bir addım


Türkiyənin adı F-35 proqramında iştirak edən ölkələr siyahısından çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, bəhs edilən qırıcı təyyarələrin rəsmi saytı "f35.com"un beynəlxalq tərəfdaşlıq bölümündə Türkiyənin adı F-35 proqramı üzrə ilk 9 ortaq ölkə ilə bərabər qeyd edilmişdi. Saytda gedən son yeniləmədən sonra Türkiyənin adı həmin siyahıdan çıxarılıb.
Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbilə F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışı istiqamətində görülən işləri dayandırmışdı. Türkiyənin F-35 proqramına geri qaytarılması üçün S-400-lərin ölkə xaricinə çıxarılması şərti qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top