Şəhid generalın anası: "Dedi məndən arxayın ol, mən Poladam, mənə heçnə olmayacaq" - VİDEO


Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.

Yeniavaz.com xəbər verir ki, "Unikal.org"a müsahibə verən general-mayorun anası oğlunun şəhid olmazdan öncə onun ilə son söhbətləri, eləcə də Prezidentlə telefon danışığından bəhs edib.

Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərini də öz övladı kimi görür, qayğısını, sevgisini onlardan əskik etmirdi. Hətta, bəzən onlara lazım olan maddi köməkdən də imtina etməzdi.

 

DİGƏR XƏBƏRLƏR

Top