Məşhur siyasətçi və milyarderlərin “twitter” hesabları oğurlandı


ABŞ-ın keçmiş prezidenti Barak Obama, Demokrat Partiyasının namizədi Co Bayden, “Microsoft”un qurucusu Bill Qeyts, “Tesla”nın baş meneceri Elon Musk, “Amazon”nun baş meneceri  Ceff Bezos, milyarder iş adamı Maykl Blumberq və rep müğənnisi Kanye Uest kimi məşhurların “twitter” hesabları ələ keçirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən məşhurlarla yanaşı, “Apple” və “Uber” şirkətlərinin də sosial şəbəkə hesablarına hücum edilib. Onların “twitter” hesablarının şəxsiyyəti bəlli olmayan xakerlər tərəfindən ələ keçirildiyi deyilir.
Ələ keçirilən hesablarda edilən paylaşımlarda, anonim “Bitcoin” ünvanı verilib və məlumatın həmin ünvana göndərilməsi istənib. Bu paylaşımların bir çoxunda, göstərilən “Bitcoin” ünvanına göndərilən hər 1000 dollar üçün 2 min dollarlıq ödəmə olunacağı bildirilib.
Bundan sonra “Twitter”dən mövzu ilə bağlı açıqlama verilib: “"Twitter”dəki hesablara edilən hücumlardan xəbərdarıq. Araşdırma aparılır və məsələni yoluna qoymaq üçün çalışırıq. Qısa müddətdə hər kəs məlumatlandırılacaq”.
Ələ keçirilən “Twitter” hesablarında paylaşımlar silinib.

DİGƏR XƏBƏRLƏR

Top