Rusiyada Putinə qarşı etiraz aksiyası keçirildi


Rusiyada Putinin 2036-cı ilə kimi ölkəyə başçılıq edə bilməsi üçün konstitusiyaya olunan dəyişikliyə etiraz olunur.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi icazəsiz təşkil olunmuş etiraz aksiyası nəticəsində 130 nəfərin saxlanıldığını bildirib. 4 saatdan çox davam edən aksiyada təxminən 1000 nəfər iştirak edib. Etirazçılar nümayişdə Putinin əleyhinə şüarlar səsləndirilərək, xalqın səsvermə nəticələrinin ləğvini tələb ediblər.
Eyni məqsədli etiraz aksiyası Rusiyanın Sank Peterburq şəhərində də təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Top