Hindistanda bəzi əyalətlərdə küçəyə çıxmaq qadağan edildi


Hindistanda yeni növ koronavirusa yoluxma halının 1 milyona yaxınlaşması səbəbilə bir sıra əyalətlərdə yenidən küçəyə çıxma qadağası qoyulub.

Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu qadağa Maharaştra, Tamil Nadu, Qərbi Benqal və Assam vilayətləri da daxil olmaqla bir sıra ştatlar üçün keçərlidir.

Pandemiya səbəbindən ölkədə təxminən 2.5 milyon işini itirmiş miqrantın evinə qayıtdığı Bihar ştatında da 2 həftəlik küçəyə çıxma qadağası qoyulub. Qadağa qoyulmuş ərazilərdə insanlar, yalnız ərzaq və səhiyyə xidmətləri üçün küçəyə çıxa biləcəklər.

Hindistan səhiyyə naziri Harş Vardhan, koronavirusa yoluxma hallarının bəzi bölgələrdə müxtəlif vaxtlarda arta biləcəyini açıqlayıb. Nazir, həmçinin hər gün 280 mindən çox insanın COVID-19 testindən keçirildiyini, ümumilikdə isə testdən keçənlərin sayının 12 milyona çatdğını qeyd edib.
Hindistanda son 24 saatda 29 min 429 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Ümumi yoluxma halının 936 min 181 nəfərə, ölüm halının isə 24 min 309 nəfərə çatdığı bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top