Müəllimlərin işə qəbulu müsabiqəsində kimlərin iştirak edə biləcəyi açıqlandı - SİYAHI


Müəllimlərin işə qəbulu müsabiqəsində kimlərin iştirak edə biləcəyi məlum olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, builki müsabiqədə hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Ötən tədris ilində müddətli müqavilə əsasında çalışıb hazırda işləməyən şəxslər də əmək müqaviləsi ləğv edildiyi üçün müsabiqədə iştirak edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top