Gecə Bakıda baş verənlər Türkiyə mətbuatında - FOTO


Türkiyə mətbuatı gecə Bakıda keçirilən cəbhəyə dəstək yürüşünü “inanılmaz görüntülər” başlığı altında paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, gecə saatlarında minlərlə insan ön xətdə vuruşan hərbçilərə dəstək olmaq üçün Bakıda küçələrə axışması Türkiyə mətbuatında gündəm olub. Minlərlə insanın “səfərbərlik” və “Qarabağ” şüarı altında küçələrə çıxması “inanılmaz görüntülər” adlandırılıb.
Xatırladaq ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı 11 hərbçimiz şəhid olub.


DİGƏR XƏBƏRLƏR

Top