General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyevin dəfninə gələnlər - VİDEO


Xəbər verdiyimiz kimi bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunublar. Bu səbəbdən insanlar səhər saatlarından etibarən II Fəxri Xiyaban istiqamətində hərəkət etməyə başlayıblar. Lakin polislər insanların birinci postdan keçməsinə icazə versə də, ikinci postda mane olublar.
Hadisə yerində olan Yeniavaz.com-un əməkdaşının verdiyi məlumata görə, polislərin mane olmasına baxmayaraq, insanlar heç bir yerə tərpənmir və axını davam edir. 
Xatırladaq ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən doğulduğu Qəbələ rayonuna aparılıb, oradan isə Sumqayıta, polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.
Qeyd edək ki, polislər insanlara bildiriblər ki, General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyevi sabah ziyarət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top