Səmayə Həşimova: “Beş aydır evə gəlmirdi, gəlişi belə oldu” - VİDEO

Ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb. 

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, dəfndən sonra jurnalistlərə açıqlama verən S.Həşimova oğlunun qeyrətli bir general olduğunu deyib: “Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi virus qurtarsın, gələcək. Gəlişi belə oldu. Deyirdi əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm”.

 

DİGƏR XƏBƏRLƏR

Top