Gecə saatlarında paytaxt Bakıda yürüş keçirilməsi və insanların Şəhidlər Xiyabanının yanında toplaşaraq orduya dəstək şüarları səsləndirməsi haqqında xəbər vermişdik.
Yeniavaz.com xəbər verir ki, İctimai Televiziya sözügedən yürüşdən hazırladığı reportajda, bir qrup insanın Milli Məclisin binasına girməsi haqqında da məlumat verib. Bildirilib ki, baş verənlər polisi hərəkətə keçməyə vadar edib. Asayiş keşikçiləri aksiya iştirakçılarına xəbərdarlıq edərək dağılışmağa tələb ediblər. Bu çağırışa əməl edilmədikdə polis əvvəlcə parlamentin binasına daxil olaraq qanunverici orqanı zəbt etməyə çalışan insanları saxlamağa başlayıb.
Reportajda qeyd olunur ki, Milli Məclisin qarşısındakı meydan xüsusi vasitələrdən istifadə edilməklə boşaldılıb. Həmçinin, aksiya iştirakçılarının bir neçə polis avtomobilinə, o cümlədən iki avtobusa ziyan vurduğu da deyilir.