Dondar Quşçu kəndində mərmi düşən ev - FOTO/VİDEO


Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndi artilleriya atəşinə tutularkən yaşayış evi yararsız hala düşüb.
Yeniavaz.com-un Dondar Quşçu kəndində olan əməkdaşları sözügedən evdə olublar.
Ev sahibi hadisəni belə xatırlayır:
“Bu gün səhər saat 11-12 radələri olardı, uşaqları götürüb atamgilə getdik. Evin üstü deşik-deşik idi, qonşuların evlərinin damı dağılmışdı. Təzəcə atamgilə çatmışdıq, bizə zəng elədilər ki, evinizə mərmi düşüb. Əvvəlcə inanmadıq və evə qayıtdıq. Gələndə evi bu vəziyyətdə gördük. Hadisə dünən olsaydı özüm də, uşaqlar da ölmüşdük”.
Həmin evdən görüntüləri təqdim edirik:



DİGƏR XƏBƏRLƏR

Top