Ermənilərin şəhid etdiyi generalımızın FOTOSU


Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan ordusunun generalı Həşimov Polad şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib. Döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib. Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, 2019-cu il 24 iyun tarixində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Polad Həşimova general-mayor ali hərbi rütbəsini verib.
Şəhid olan generalın fotosunu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top