ÜST: “Bir çox dövlət koronavirusu hələ də ciddi qəbul etmir”


ÜST-ün baş katibi Dr. Tedros Adanom Qebreyesus koronavirusla bağlı yeni video konfrans keçirib.
Yeniavaz.com
-un “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, baş katib bildirib ki, dünya miqyasında ötən gün 230 min COVID-19-a yoluxma halı qeydə alınıb. Bunların 80 faizinin 10 ölkədən olduğu bildirilir. O, dünyadakı bütün yoluxma hallarının 50 faizinin Amerika qitəsinin payına düşdüyünü bildirib.
Tedros Adanom Qebreyesus mətbuat konfransında ölkələrin və insanların virusa qarşı biganəliyindən gileylənərək aşağıdakı sözləri dilə gətirib:
"Düzünü demək lazımdırsa, çox ölkə səhv istiqamətdə gedir. Virus bir nömrəli xalq düşməni olmağa davam edir, ancaq bir çox dövlətlər bu məsləni hələ də ciddi qəbul etmir. Virusla mübarizə aparmağın tək yolu infeksiyaya yoluxmuş insanları tapmaqdır. Liderlərdən yoluxma ilə bağlı gələn qarışıq xəbərlər inamı sarsıdır. Təməl prinsiplər diqqətdə saxlanmazsa, pandemiya getdikcə artacaq. Amma belə olmamalıdır”.
Qebreyesus çıxışı zamanı bütün ölkələrin risk altında olduğunu və epidemiyanı nəzarətdə saxlayaraq yaşamağın əsas şərti olduğunu ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top