Erkən nikahların daha çox qeydə alındığı rayonlar AÇIQLANDI


Erkən nikahların daha çox qeydə alındığı rayonlar açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən video konfransda qırmızı xəttə daxil olan bölgələr haqqında məlumat verib:
 “Ayrı-ayrı iqtisadi rayonlar üzrə faktları nəzərdən keçirdikdə müəyyən olunub ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib. Ötən il Aran iqtisadi rayonu üzrə 96 fakt, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt, Bakı şəhəri üzrə 36 fakt, Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib”.

DİGƏR XƏBƏRLƏR

Top