Polşada prezident seçkilərinin ilkin nəticələri açıqlandı


Ötən gün Polşada keçirilən prezident seçkilərinin ikinci mərhələsindən sonra açıqlanan nəticələrdə hazırda iqtidarda olan  prezident Ancey Dudanın qalib ola biləcəyi bildirilir.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, seçkilərdən sonra seçki məntəqələrinin 99, 97 faizinin nəticələri açıqlanıb. Rəsmi məlumata görə, nəticələr hazırda iqtidarda olan millətçi Hüquq və Ədalət Partiyasının namizədi prezident Dudanın leyhinədir. Duda səslərin 51, 2 faizini əldə edib. Mərkəzdəki Vətəndaş Platformasının namizədi liberal Rafal Tşavkovski isə səslərin 48,8 faizini əldə edib.
Milli Seçki Komissiyası qalan səslərin sayılmasından sonra belə nəticələrdə ciddi dəyişikliyin olmayacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top