Hərbçilərimizin UAZ-la sərhədi keçib hücum etməsi barədə yayılan iddialara RƏSMİ CAVAB


"Ermənistan KİV-də azərbaycanlı hərbçilərin UAZ markalı avtomobillə sərhədi keçib Ermənistana hücum etməsi ilə bağlı yayılan məlumatlar yalandır".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Qeyd edək ki, Ermənistan mətbuatı UAZ markalı avtomobil fotosunu paylaşaraq guya Azərbaycan hərbçilərinin avtomobillə sərhəddi keçərək Ermənistana hücum etmək cəhdinin qarşısının alınması ilə bağlı xəbərlər yayıb.
Xatırladaq ki, Ermənistan Kütləvi İnformasiya vasitələrində Azərbaycana məxsus PUA-nın da guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılmışdı. Müdafiə Nazirliyi həmin xəbərin də həqiqətə uyğun olmadığını və Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sırada olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top