Müdafiə Nazirliyi: “Ermənistanın itkiləri var ...”


"Erməni tərəfindən itki var, indi yavaş-yavaş açıqlamağa başlayıblar".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib:
“Ermənistanda itkilər var, ancaq sayı barədə biz dəqiq məlumat verə bilmərik”.
Qeyd edək ki, ötən gün Tovuz istiqamətində Ermənistan tərəfinin təxribatı səbəbilə başlayan döyüşdə 4 nəfər - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Döyüş zamanı düşmən çox sayda itki versə də Ermənistan heç bir itkilərinin olmadığı açıqlamışdı. Ancaq, bugün Ermənsitan tərəfindən yayılan rəsmi məlumatda iki polislərinin yaralandığını bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top