Türkiyədə sutka ərzində 1016 nəfər COVID-a yoluxdu


Türkiyədə yeni növ koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Türkiyədə son 24 saat ərzində 21 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib, 1016 nəfər isə həmin xəstəliyə yoluxub. Ölkədə ümumi yoluxanların sayı 211 min 981-ə, ölənlərin sayı isə 5 min 344-ə çatıb. Bu günə qədər 193 min 217 nəfər isə koronavirusdan sağalaraq evə buraxılıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top