Hacıkənddə baş verdiyi iddia edilən sel görüntüləri ilə bağlı - AÇIQLAMA


"Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Hacıkənddə müşahidə edilən sel görüntüləri həqiqətə uyğun deyil"

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Nəzərinizə çatdırım ki, sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Hacıkənddə müşahidə edilən sel görüntüləri həqiqətə uyğun deyil. Bu, 2019-cu il Dağıstanda olan hadisənin çəkilişləridir”, - deyə o bildirib.
Umayra Tağıyeva həmçinin bildirib ki, Respublikanın rayonlarında qeydə alınan sel ötən il Şimali Qafqazda olan seldən xeyli zəif olub: “Ümumiyyətlə qeyd etmək istərdim ki, belə proseslər Böyük Qafqaz sıra dağlarından aşarkən intensivliyini bir qədər itirir və xoşbəxtlikdən Azərbaycanda belə hadisələr Şimali Qafqaz ölkələri, Rusiyanın cənubunda olan təbii hadisələrlə müqayisədə zəif keçir”.     

DİGƏR XƏBƏRLƏR

Top