Rusiyada qubernatorun həbsi səbəbilə minlərlə insan küçələrə axışdı - VİDEO


Rusiyanın Xabarovsk vilayətində insanlar qubernatorun həbs edilməsi səbəbilə etiraz aksiyası keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkə vasitəsilə yayılıb. Minlərlə insan küçələrə çıxaraq Xabarovsk vilayətinin qubernatoru Serqey Furqalın həbs edilməsinə qarşı etiraz ediblər. Aksiyada Rusiya prezidentinə qarşı “Oğru Putin” və bənzəri şüarlar səsləndilib. Qeyd edək ki, bir neçə gün əvvəl Sergey Furqal Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs edilib. O, 2004-2005-ci illərdə bir neçə sahibkarın qətlində təqsirli bilinir.  
 

DİGƏR XƏBƏRLƏR

Top