Honkonqda məktəblər yenidən bağlanır - İkinci dalğa təhlükəsi


Honkonqda yeni növ koronavirusa yoluxma hallarının artması səbəbilə məktəblərin yenidən bağlanacağı haqda məlumat verilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarın tətbiq edilməsi Honkonq rəhbərliyi tərəfindən verilib.
Qeyd edək ki, ötən gün Honkonqda 42 yeni yoluxma halı qeydə alınıb.
Yoluxma hallarının artması ikinci dalğanın gəlməsi ehtimalını artırıb.
Honkonqda yanvar ayının sonundan bu günə kimi 1336 nəfər virusa yoluxub, 7 nəfər dünyasını dəyişib. 

DİGƏR XƏBƏRLƏR

Top