![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/7/10/1/e77edb4a-c0b9-4fa6-8779-bbf9fb42f6eb/abs-araliq-denizi.jpg)
ABŞ Aralıq dənizində Türkiyə ilə gərginliyi artıracaq yeni qərar verib.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo Şimali Kipr ordusuna hərbi təlim keçmək barədə qərar verdiklərini açıqlayıb: “Aralıq dənizində sabitliyi qorumaq üçün bölgədəki kilid ölkələrlə münasibətlərimizi genişləndirmək əsas istəklərimizdəndir”. Türkiyə və Cənubi Kipr Türk Respublikası isə ABŞ-ın bu addımını sərt qarşılayıblar. Cənubi Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar ABŞ-ı bölgədə yerləşən dövlətlərə eyni münasibətləri göstərməməkdə günahlandırıb. O bildirib ki, ABŞ-ın bu qərarı bölgədə gərginliyi daha da artıracaq.