
Türkiyədə prezident sözçüsü İbrahim Kalın ölkədə sosial şəbəkələrin bağlanıb-bağlanmayacağı barədə yeni açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İbrahim Kalın ölkədə sosial şəbəkələrin tamamilə bağlanması istiqamətində hər hansı addımın atılmayacağını deyib:
“Sosial şəbəkələrin bağlanması barədə hər hansı planımız yoxdur. Ancaq, müəyyən qaydaların tətbiq edilməsi üçün işlər görülür. Normal həyatda cinayət hesab edilən hər şey virtual həyatda da cinayət sayılmalıdır”.