Braziliya prezidenti Jair Bolsonaro koronavirusa qarşı istifadı etdiyi dərman barədə danışıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Jair Bolsonaro koronavirusdan sağalmaq üçün hidroksiklorokindən istifadə etdiyini açıqlayıb. O bildirib ki, həmin dərmandan istifadə etdikdən sonra özünü yaxşı hiss edib: “Mən əvvəldən hidroksiklorokindən istifadə etsəydim, daha yaxşı olardım. Ancaq, təəssüflər olsun ki, həmin dərmandan tez-tez istifadə etmək mümkün deyil”. Xatırladaq ki, Bolsonaro yoluxmazdan əvvəl koronavirusu təhlükəsiz, kiçik qrip adlandırmışdı.
Qeyd edək ki, hidroksiklorokin bundan əvvəl malyariya xəstələrinin müalicəsində istifadə olunub. Bir çox ölkə həmin dərmanın COVİD-19-a qarşı sınaqdan keçirilməsinə icazə verib.