Cəza müddətini unutdu, 5 il artıq həbsdə yatdı


Samoada 2008-ci ildə həbsə girən Sio Aqafili adlı şəxs cəza müddətini unutduğu üçün 5 il artıq həbsdə yatıb.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, Sio Aqafili ona verilən iki cəza müddətinin paralel olaraq getdiyini bilmədiyi üçün belə bir hadisənin yaşandığını bildirib: “Həbsxanada günləri saymağı unutmuşdum. Heç kəs mənə cəzamın nə vaxt bitəcəyini deməmişdi. Nə vaxt çıxacağım barədə də düşünmürdüm, sadəcə cəzamı çəkmək barədə fikirləşirdim".
Qeyd edək ki, Sio Aqafili məhkəmənin ona verdiyi cəzaya əsasən 2015-ci ilin dekabr ayında azadlığa buraxılmalı idi.

DİGƏR XƏBƏRLƏR

Top