"Niva" arakəsməyə çırpıldı, aşdı - FOTOLAR


Minik avtomobili dəmir arakəsməyə çırpıldı, sürücü sağ qaldı.

Yeniavaz.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboy rayonun Goran qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, idarəetməni itirən sürücü "Niva" markalı avtombili dəmir arakəsmələrə çırpıb. Zərbənin gücündən avtomobil aşıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.


Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top