
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Naximov küçəsində yasayan babasıgilə qonaq gələn 2018-ci il təvəllüdlü Əliyev Adəm Tərxan oğlu valideynlərinin diqqətindən yayınaraq hərəkətdə olan avtomobilin qarşısına qaçıb.
Bu zaman onu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin və baş-beyin sikələnməsi diaqnozu qoyulub.