ATU-nun şöbə müdiri koronavirusa yoluxdu - vəziyyəti ağırdır


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fərəh Sabirqızı məlumat yayıb.

Məlumata görə, 3 gün ərzində virus proqress edib, Paşayevin ciyərinin əksəriyyəti zədələnib:  "Facebook"dan insanlara yalvarırdı ki, qorunmaq lazımdır. Praktikasını bölüşürdü. Vaxt tapan kimi də ayrı xəstəxanalarda həkim dostlarına köməyə gedirmiş. İndi özü yoluxub. Neçə gün öz reanimasiya şöbəsində qalıb. 3 günün içində virus proqress edib, ciyərinin əksəriyyəti zədələnib. Vəziyyəti pisdir".

DİGƏR XƏBƏRLƏR

Top