Türkiyədə ilk maşinistsiz sürət metrosunun inşası tamamlanır - VİDEO


Türkiyədə yeni nəsil sürətli metro xəttinin inşasının 71 faizi tamamlanıb.
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, maşinistsiz idarə edilə bilən yeni metro 120 km/saat sürətlə hərəkət edə biləcək. 2016-cı ildə inşasına başlanılan metro xəttinin bu ilin sonuna qədər böyük bir hissəsinin istifadəyə veriləcəyi bildirilib. Metro xəttinin uzunluğu 70 kilometrdir. İnşası tamamlandıqdan sonra yeni metronun bir müddət maşinist tərəfindən idarə ediləcəyi, bütün sınaqlar bitdikdən sonra metronun maşinist olmadan fəaliyyət göstərəcəyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top