Dövlət Vergi Xidməti “Reuters”ə 42 min dollar ayırdı - SƏBƏB


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Thomson Reuters (Professional) UK Limited” (“Reuters” Xəbər Agentliyi) şirkəti olub.
Dövlət Vergi Xidməti “Reuters”ə informasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi üçün 41 min 992 dollar ödəyəcək.
Məlumat üçün bildirək ki, “Reuters” (İngiltərə) dünyanın ən böyük media şirkətlərindən biridir. 1851-ci ildən fəaliyyət göstərən “Reuters” 2008-ci ildə “Thomson Korporasiyası” (Kanada) ilə birləşərək “Thomson Reuters” adlandırılıb. Bütün dünyada “Reuters”in 53 000-ə yaxın işçisi var.

DİGƏR XƏBƏRLƏR

Top