YPX əməkdaşları ilə icazəsi ləğv edilən taksi sürücüsü arasında mübahisə - VİDEO


Bakıda icazəsi ləğv edilən taksi sürücüsü ilə Yol-Patrul Xidmətinin əməkdaşları arasında mübahisə yaşanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkə vasitəsilə yayımlanıb.

YPX əməkdaşları Heydər Əliyev prospektində yoxlama apararkən taksi sürücüsünün portalda icazəsinin olmadığını aşkarlayıblar. Taksi sürücüsü isə icazə aldığını və ləğv edilməsindən xəbərinin olmadığını bildirib. Hər iki tərəf arasında baş verən mübahisədən sonra sürücü xidməti avtomobilə əyləşdirilib.

Həmin anların görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top