İranda daha bir partlayış baş verdi – 2 nəfər öldü


İranda Tehran şəhərinin yaxınlığında yerləşən fabrikdə partlayış baş verib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, İran rəsmiləri partlayışın ehtiyatsızlıq səbəbilə baş verdiyini açıqlayıb: “Tehranın cənubunda yerləşən sənaye zonasında baş verən partlayış nəticəsində 2 nəfər dünyasını dəyişib. Hadisə, bəzi işçilərin oksigen çənləri ilə ehtiyatsız davranması səbəbilə baş verib”.
İRNA xəbər agentliyinin verdiyi məlumata görə, partlayış nəticəsində fabrikin divarları tamamilə uçub.
Qeyd edək ki, son günlər İranda nüvə obyektləri də daxil olmaqla bir neçə müəmmalı partlayışlar baş verib.
Ətraflı buradan oxuya bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top