Bakıda insanları narahat edən üfunət iyi - Sakinlər danışır - VİDEO


Dünəndən Bakının bir çox ərazilərində ətrafa yayılan kəskin iy-qoxu sakinlərin haqlı narazılığına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, əsasən də Nərimanov və Binəqədi rayonlarını əhatə edən ifunət qoxusu insanların evlərində rahat oturmasına da mane olub. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeyd olunub ki, iy-qoxu son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
Digər ehtimala görə isə, üfunət iyi “Sobsan” boya fabrikində yanğın baş verdikdən sonra yayılmağa başlayıb. 
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top