Məhəbbət Kazımovun oğlu: "Könül Kərimova atamın musiqilərini öz adına çıxır" - VİDEO


Mərhum müğənni Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov atasına aid olan bəstələrin bəzi müğənnilər tərəfindən mənimsənilməsinə narazılığını bildirib.
Belə ki, o Yeniavaz.com-a müsahibəsində dedi ki, müğənni Könül Kərimova efirlərdə atasına aid olan “Təkcə mənim olaydın” və “Laçınım” adlı musiqilərini öz adına çıxır.
Rəşid Kazımov atasının musiqilərinin başqa müğənnilər tərəfindən oxunmasına qarşı olmadığını, sadəcə həmin bəstələrin Məhəbbət Kazımova aid olduğunu qeyd etmələrini istəyir.
Müsahibimiz belə hallar təkrarlanarsa həmin şəxsləri məhkəməyə verəcəyini deyir. 
Ətraflı videosujetdə:

DİGƏR XƏBƏRLƏR

Top