Niyə bəzi insanlar koronavirusu ağır, bəziləri yüngül keçirdir? – SƏBƏB


Bildiyiniz kimi bu gün dünyanın bir çox ölkələrinin COVID-19-la mübarizəsi davam edir. Ölkəmizə də koronavirusa yoluxanların sayı günbəgün artır. Lakin virusa yoluxan insanların bir qismi xəstəliyi yüngül bir qismi orta ağır, bir qismi isə ağır keçirdir.

Məsələ ilə bağlı türkiyəli professor Osman Müftüoğlu danışın. O, bəzi insanların niyə bu virusu daha ağır keçitməsi ilə mağlı maddələri sıralayıb.
Yeniavaz.com həmin maddələri təqdim edir:

1. Qəbul etdiyiniz virus yükü çox vacibdir. Virus yükü nə qədər çox olarsa, vəziyyət bir o qədər kritik olur.
2.  Sağlamlıq vəziyyətiniz olduqca vacibdir.  Xroniki xəstəliyiniz varsa, (şəkər, ağciyər zədələnməsi, orqan çatışmazlığı, xərçəng və s) xəstəliyi ağır keçirtmə ehtimalınız çoxdur.
3. Tez zamanda diaqnozun qoyulması vacibdir. Nə qədər tez olarsa, bir o qədər xəstəliyi yüngül keçirdəcəksiniz.
4. İmmun sistemi güclü olan şəxslərdə virusun xəstəlik yaratma ehtimalı azdır. Qısaca desək, yuxu rejimi, idman hərəkətləri, sakit olub, panikaya düşməmək və s. Təbii ki, sağlam qidalanma da ən mühüm məqamlardandır.

Pandemiyanın davam etdiyi dövrdə qidalanmanı necə tənzimləməli?
1. Şəkərdən və şəkərli içkilərdən, un və nişasta yükündən uzaq durmaq lazımdır.
2. Protein tərkibli qidalar, meyvə və tərəvəz istehlak edin (yumurta, ağartı məhsulları və s).
3. Tərəvəz seçimlərimizdə kükürdlə zəngin olanları seçin. Kələm, gül kələmi, turp, soğan, sarımsaq və s. Bunlar antioksidanlar, polifenollar, vitaminlər, minerallar və liflə zəngin olan güclü qidalardır.
4. Gündəlik su normanızı qəbul edin. Qazlı və digər bu kimi içkilərdən uzaq olun.
5. Sadəcə orqanizmi deyil, ruhunuzu da qidalandırın. Bol sevgi, güclü iradə, müsbət gözləntilər əlavə edin.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top