BMT-nin baş katibi: "Peyvənd tapılsa belə güclü dövlətlər ..."


BMT-nin baş katibi Antoniu Quterreş yeni növ koronavirus pandemiyası barədə danışıb.
Yeniavaz.com
BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Antoniu Quterreş çıxışı zamanı bildirib ki, növbəti 9 ay ərzində COVİD-19 peyvəndinin tapılması mümkündür. Bu baş verdiyi halda dünya iqtisadiyyatı tədricən düzəlməyə başlayacaq və 2-3 il ərzində normal vəziyyətinə qayıdacaq:
“Peyvənd tapıldığı halda ölkələr arasında şiddətli rəqabət başlayacaq. İnkişaf etmiş, güclü ölkələr digər ölkələri geridə qoyaraq peyvəndləri ilk olaraq əldə etməyə çalışacaq. Bu halda dünya, ortaq problemlərimizi həll etmək üçün lazım olan idarəetmə sistemini işə sala bilməyəcək. Peyvənd tapılmadığı təqdirdə isə dünyada yoluxmaların, ölümlərin sayı artacaq. Biz ən yaxşısı üçün çalışmalı, ən pisinə hazır olmalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top