![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/7/6/1/7a4ae709-3c5c-4964-ac07-677c09e78391/qadin-polis-masin.jpg)
Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görünütülər polis tərəfindən araşdırılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, həmin fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib. B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.