Son 10 gündə müəmmalı partlayışlar, fərqli açıqlamalar - İranda nə baş verir?


Son 10 gün ərzində İranda baş verən partlayışlar barədə yeni məlumatlar yayılıb.
Yeniavaz.com
“Sky News”a istinadla xəbər verir ki, iyun ayının 26-dan başlayaraq bu günə qədər İranda bir neçə müəmmalı partlayış yaşanıb. Həmin hadisələr barədə İranın verdiyi bəzi açıqlamalarla dünya mətbuatında yayılan xəbərlər arasında təzadlı məqamlar var.
İlk hadisə 26 iyunda baş verdi. Tehran yaxınlığındakı Parçində silah anbarında partlayış oldu.
İranın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, Parçin hərbi bazasında yerləşən qaz anbarında sızma nəticəsində partlayışın baş verdiyi açıqladı. Hətta, hadisə yerinə aid olduğu iddia edilən fotolar da yayımlandı. Ancaq, ortaya çıxan həmin yerə aid peyk görüntülərində partlayışın hərbi bazanın daxilində deyil, yaxınlıqdakı raket istehsalı müəssisəsində olduğu ortaya çıxdı.

Bir neçə gün sonra Küveytin "Əl Jarida" qəzeti təhlükəsizlik orqanlarına istinadən verdiyi xəbərdə həmin hadisənin İsrailə aid F-35 qırıcı təyyarələri tərəfindən həyata keçirildiyini açıqladı. İsrail rəsmiləri isə bu barədə heç bir açıqlama vermədilər.

30 iyun
Tehranın mərkəzindəki bir tibbi klinikada partlayış baş verdi.
Bu partlayış çox sayda insanın yaralanmasına 19 nəfərin isə ölümünə səbəb oldu. Dövlət əhəmiyyətli obyektlərə zərər dəydi. İran hökuməti tərəfindən verilən məlumatda partlayışın qaz sızıntısı səbəbilə baş verdiyi deyildi.
 
2 İyul
İran mediası tərəfindən Natanz nüvə obyektində partlayış baş verdi, 600 mil məsafədə bütün yerlərin elektrik enerjisi kəsildi.
Bu barədə də İran hökuməti tərəfindən ətraflı məlumat verilmədi. Hadisə ilə bağlı “New York Times”da maraqlı yazı dərc edildi. Orada verilən məlumatlara görə, orta asiya üzrə mütəxəssis, kəşfiyyatçı bu barədə danışaraq partlayışın həmin müəssisəyə yerləşdirilən partlayıcı maddə səbəbilə baş verdiyini bildiridi. 

3 İyul
 Şirazda bir yanğın baş verdi, həmin şəhərdə bir neçə gün əvvəl verilən elektrik enerjisi də kəsilmişdi.
Şirazda İranın böyük bir hava bazasının və İran ordusunun 55-ci Hava Hücum briqadası yerləşir. Həmin yerdə elektrik enerjisinin kəsilməsi və baş verən partlayış barədə heç bir məlumat verilmədi.

4 İyul
İranın cənubundakı Əhvazdakı elektrik stansiyasında yanğın baş verdi.
Bu partlayışın səbəbi kimi həmin bölgədə yerləşən elektrik santralında baş verən nasazlıq göstərildi. Qeyd edək ki, həmin bölgədə hər hansı nüvə obyekti yoxdur.
İranda ard-arda baş verən bu partlayışlar bəzi şübhəli məqamları ortaya çıxardı. Son günlər baş vermiş bütün partlayışlar əvvəldən hazırlanmış hansısa planın bir hissədirmi?

DİGƏR XƏBƏRLƏR

Top