"Minlərlə digər insanlar da bu tələyə düşüb, cərimələnirlər" - Nigar Köçərli


"Yoluxmanın qarşısını ala bilmirsiniz. Xəstələri xilas edə bilmirsiniz. Evlərində ehtiyac içində acından ölən insanlara kömək edə bilmirsiniz! Heç olmasa gündəlik evinə çörək aparan insanları məhv etməyin!"

Yeniavaz.com xəbər verir ki, “Əli və Nino” kitab şəbəkəsinin sahibi Nigar Köçərli sosial şəbəkə vasitəsilə şirkətin əməkdaşlarının karantində dövründə işləmə icazələrinin ləğvinə etiraz edib:
"Bu 4 ayda mən heç zaman şikayət etməmişəm, çünki bizimlə yanaşı bütün dünya ağır günlərini yaşayır. Amma son vaxtlar hökümətin qeyri-adekvat qərarları məni məcbur edir ki, bu fikri mən də söyləyim: bunların məqsədi bizi məhv etməkdi? 4 aydır ki, var-gücümüzlə çalışırıq ki, işçilərimiz evə əli-boş getməsin, bir qədər maaş alsınlar. Mağazalar bağlandı, dedik heç olmasa onlayn satışla yaşayaq.

Bu səhər heç bir məlumat verilmədən hamının işə çıxmaq icazəsi ləğv olundu. Onlayn mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər. Bütün qaynar xətlər deyirlər ki, iş günü müraciət edin. Bu durumda yalnız biz deyilik, minlərlə digər insanlar da bu tələyə düşüb, cərimələnirlər!

Yoluxmanın qarşısını ala bilmirsiniz. Xəstələri xilas edə bilmirsiniz. Evlərində ehtiyac içində acından ölən insanlara kömək edə bilmirsiniz! Heç olmasa gündəlik evinə çörək aparan insanları məhv etməyin!"

DİGƏR XƏBƏRLƏR

Top