Qardaş ölkə bizə tibbi yardım göndərdi - FOTO


Türkiyə Azərbaycana koronavirus pandemiyası ilə mübarizə məqsədilə tibbi yardım vasitələri göndərib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bu gün dost və qardaş ölkə Azərbaycanın koronavirusla mübarizəsinə dəstək olmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatıyla hazırlanan tibbi yardım vasitələri Bakıya çatdırılıb”, - deyə məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top