Polis "Fairmont Baku"da əməliyyat keçirdi - saxlanılanlar var - VİDEO - YENİLƏNİB


Polisin keçirdiyi əməliyyat nəticəsində "Fairmont Baku" oteldə 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.

***16:55
“Fairmont Baku” hotelinin karantin qaydalarını pozması haqqında məlumat vermişdik. 
Yeniavaz.com
xəbər verir ki, polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirir.
Hazırda polis qaydaları pozan şəxsləri bölməyə aparır.
Qeyd edək ki,  bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən  görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Həmçinin otelin rəsmi instagram səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top