“Bavariya” 20-ci dəfə Almaniya kubokunu qazanıb


Almaniya kubokunda 2019/20 mövsümünə yekun vurulub.

Turnirin final matçı Berlindəki Olimpiya stadionunda keçirilib.

Ardıcıl 3-cü dəfə finala yüksələn “Bavariya” “Bayer”i sınağa çəkib. Bundesliqanın çempionu bu matçda da qalib gəlib. Bu qələbə ilə kuboku başı üzərinə qaldıran Münhen təmsilçisi “Qızıl dubl”u rəsmiləşdirib.

Ardıcıl ikinci dəfə Almaniya kubokuna yiyələnən “Bavariya” 20-ci dəfə mükafatı başı üzərinə qaldırıb. Münhenlilər yarışın ən titullu klubudur.

Almaniya kuboku
Final
4 iyul
“Bayer” - “Bavariya” – 2:4

Bender, 63, Haverts, 90+4 (pen) - Alaba, 16, Qnabri, 24, Levandovski, 59, 89

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top