Avropa İttifaqı ilk dəfə bir dərmanın koronavirusda istifadəsini TƏSDİQLƏDİ


Avropa İttifaqı koronaviruslu xəstələrə müsbət təsir edən “Remdesivir” adlı dərmanın istifadəsini təsdiqlədi. 
Yeniavaz.com
  “Reuters”ə istinadla xəbər verir ki, Avropa İttifaqı komissiyası “Remdesivir”in koronavirus xəstəliyində istifadəsini təsdiqləyərək dərmanın satışına icazə verib. Açıqlamada qərarın Avropa Dərman Agentliyinin tövsiyyəsi və üzv ölkələrin razılığı ilə verildiyi bildirilib. Qeyd edək ki, “Remdesivir” COVİD-19-un müalicəsi üçün Avropa İttifaqı tərəfindən təsdiqlənən ilk dərmandır. İlk dəfə Ebola xəstəliyinin müalicəsində istifadə edilib. Yeni növ koronavirus xəstələrinin bu dərmanla müalicəsi zamanı müsbət nəticələr əldə edilmişdi. Xatırladaq ki, bir neçə gün əvvəl “Remdesivir”in 3 aylıq ehtiyyatının ABŞ tərəfindən stın alındığı xəbəri yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top