
Rusiyada koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Rusiyada son sutkada 147 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib. Nəticədə, ölkədə COVİD-19-dan ölənlərin sayı 9 min 683-ə çatıb. Bəhs edilən xəstəliyə Rusiyada 24 saatda yoluxanların sayı isə 6 min 760 nəfərdir. Bu günə qədər həmin ölkədə COVİD-19-a yoluxanlar ümumi sayı 661 min 156-dır.