Avstraliyada koronavirus səbəbilə karantin elan olundu


Son iki həftə ərzində Avstraliyada yoluxma sayının artması səbəbindən Melburn şəhəri ətrafında karantin elan olunmasına qərar verilib.
Yeniavaz.com
“DHA” agentliyinə istinadən xəbər verir ki, karantin qərarı 30-dan çox yaşayış yerində tətbiq olunacaq.
Karantin çərçivəsində yaşayış yerlərinin sakinlərinə market alış-verişi, səhiyyə xidmətləri və əsas ehtiyacları xaricində evlərindən çıxmamaları tövsiyyə olunub. 
Ölkədə son 24 saatda yoluxmaların sayı 87-yə yüksəlib. 
Onlardan 73-ü Viktoriya şəhərində, 14-ü isə Yeni Cənubi Uelsdə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top