Daha bir ölkədə koronavirus peyvəndinin sınaqları müsbət nəticələndi


“Oxford” universitetində hazırlanan COVİD-19 peyvəndinin sınaq nəticələri açıqlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərədə “Oxford” universiteti başçılığı altında hazırlanan COVİD-19 testi sınaqlarının müsbət nəticələr verdiyi bildirilib. Yeni hazırlanan peyvəndin tətbiq edildiyi insanlarda immunitet sistemi viruslara qarşı güclənib. “Oxford” universitetinin professoru peyvəndin insanlar üzərində sınağının üçüncü mərhələsində 8 min nəfərin peyvənd edildiyini bildirib. Ancaq, peyvəndin kütləvi şəkildə istifadəsi üçün klinik sınaqların davam etdirilməsinin vacib olduğu qeyd edilib. Verilən açıqlamalarda hazırlanan peyvəndlərin bütün insanların istifadəsinin ən tez qış aylarında mümkün olacağı deyilib.

DİGƏR XƏBƏRLƏR

Top