
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü və Qızıl Aypara Cəmiyyətinin xətti ilə Mingəçevirdə ailə vəziyyəti ağır olan, nənə-baba himayəsində yaşayan uşaqlara və xəstələrə gigiyenik bağlamalar paylanıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAÇ) və Mingəçevir Şəhər İcra Hakimiyyəti ölkədə pandemiya ilə əlaqədar olaraq ailə vəziyyəti ağır durumda olan, nənə-baba himayəsində yaşayan uşaqları və xəstələri, digər kateqoriyadan olan 120 imkansız ailəni sevindirib. Eləcə də şəhərdə “Koronavirus xəstəliyi (COVİD -19) hələ də təhlükədir, xüsusilə də ictimai yerlərdə” şüarı altında marketlərdə, küçədə, insanlara “COVİD-19-a yoluxmadan qorunun” adlı bukletlər paylanılıb. İnsanlarla maarifləndirici söhbətlər edilib. Yardım alan ailələr QAÇ-a və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına bu xeyirxah addıma görə təşəkkürlərini bildiriblər.


Esmira Hidayətova, Mingəçevir